Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına bildirilib ki, aksiya zamanı vətəndaşlar ümumi tutumu 1418 litr olan plastik butulka, 214 litr olan şüşə butulka və 105 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə ediblər. Azyaşlı uşaqlara isə kitablar hədiyyə olunub.
Aksiyalarda fəal iştirak edərək tullantıların təkrar emalına dəstək olan bütün vətəndaşlara təşəkkür edir, hər kəsi çoxistifadəlik ekoçantalardan istifadəyə səsləyirik.
Vətən Naminə Mətbuat Xidməti