Cənub regionu üzrə bölgə müxbiri Bəhruz Əliyevin VETENNAMİNE.AZ-a verdiyi məlumata əsasən, bu münasibətlə şəhidin doğulduğu ata ocağına baş çəkilib, anası Sevda anayla görüşülüb, məzarı ziyarət olunaraq ruhuna dualar oxunub.
Görüsdə Biləsuvar Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Milli Məclisin Biləsuvar rayonundan olan deputatı Bəhruz Məhərrəmli, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İB Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev, şəhid valideynləri, qazilər, kənd sakinləri iştirak ediblər.
Söhbət zamanı şəhidimizin həyat yolundan, döyüşlərdə qərəmanlığından danışılıb.
Şəhidimizin Anası Sevda ana diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi və şəhidlərimizə rəhmət dilədi.
Şəhid Rəşad Mahmudov 02 iyul 1992-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində zəhmətkeş ailədə doğulmuşdur. Orta təhsilini aldıqdan sonra 2007-2010-cu illərdə Cəmşid Naxçivanski adına hərbi liseydə təhsil almışdır.
2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM) qəbul olunmuşdur. 2014-cü ildə Ali Hərbi Məktəbi bitirmiş və leytenant hərbi rütbəsi ilə hərbi vəzifəsinə başlamışdır.
Xidmətinin ilk illərində Ağstafada, son illərini isə Tovuzda, təmas xəttində yerləşən “N” saylı hərbi hissəsində xidmətini davam etdirmişdir.
2020-ci il iyulun 12-dən 13-ə keçən gecə tarixə Tovuz döyüşləri kimi düşən döyüşlərdə həmin vaxtı artıq Azərbaycan Ordusunun baş leytenantı olan Rəşad Mahmudovda xüsusi şücaət göstərərək qəhrəmancasına şəhid olmuşdur.
Müzaffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ölumündən sonra “İgidliyə görə” medalı ilə təltif edilmişdir.
Subay idi.
Allah Şəhidlərimizə Rəhmət Etsin!
Aris Məmmədov
Vətən Naminə Mətbuat Xidməti