Bir çoxları üçün dünyanın ən məşhur gəmisini görmək onların ömürlük arzusudur. İndi isə “missiya mütəxəssisləri” adlanan macəraçılara pul ödəməklə, Titanik-i yaxından kəşf etmək şansını əldə edə bilərsiniz.
Nyufaundlend ştatının Sent Cons şəhərindən dörd yüz mil aralıda, Şimali Atlantik Okeanının dalğalı sularında böyük bir sənaye gəmisi yan-bu yana yellənirdi. Gəmidə Stockton Rush gələcəyə baxışını ifadə etdi: “Elə bir zaman olacaq ki, insanlar daha az xərclə və çox müntəzəm olaraq kosmosa gedəcəklər. Məncə, eyni şey su altında olarkən də baş verəcək”.
Rush ümid edir ki, onun OceanGate şirkəti Elon Musk, Richard Branson və Jeff Bezos kimi yenilikçilərin kosmos səyahəti üçün etməyə çalışdıqlarını dərin dəniz kəşfiyyatı üçün edəcək: kifayət qədər pulu olan hər kəsə, hətta mütəxəssis hazırlığı olmasa belə, yeni dünyalara getməyə icazə verin.
Asiman Xəlili
Vətən Naminə Mətbuat Xidməti