“Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsi keçirilib

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətindən vetennamine.az saytına məlumat veriblər :

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Rusiya Federasiyasının Alabino hərbi poliqonunda avqustun 24-də “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsi keçirilib.
Tankçılarımız yarımfinal mərhələsində Qazaxıstan, Çin və Vyetnam komandaları ilə mübarizə aparıblar.
Mərhələnin nəticəsinə əsasən Çin, Qazaxıstan və Azərbaycan tankçıları müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərdə qərarlaşıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.