VETENNAMİNE.AZ xəbər verir ki, 2 ilə yaxın bir vaxt ərzində Bərdə rayonundan olan bütün şəhid ailələrini ziyarət etdi, şəhidlərin şəxsi əşyalarını ailələrindən təhvil alaraq muzeydə guşə yaratdı.
İndi isə “Tanıyaq tanıdaq” layihəsinin davamı olaraq Bərdə Tarix-diyarşünaslıq muzeyində şəhidlərimizə həsr olunmuş “Açıq dərslər” keçirilir.
Bu günkü “Açıq dərs” Vətən müharibəsi şəhidiMehbalıyev Elşən Təvəkgül oğluna həsr edildi.
Açıq dərs Bərdə rayon T.Qurbanov adına Xanqaraqoyunlu kənd tam orta məktəbin tarix müəlliməsi Mustafayev Şəfiqə müəllimənin təşkilatçılığı ilə hazırlandı.
İlk olaraq Vətənin azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Açıq dərsdə şəhid Mehbalıyev Elşənin anası Əliyeva Cəmalə, qardaşı qazi Mehbalıyev Elnur, şəhid Elşənin döyüş yoldaşları qazi İsmayılov Rusif, qazi Qəhrəmanov Bayram, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə üzrə nümayəndəsi Hüseynova Etibar, Bərdə qəzetinin əməkdaşı Əliyeva Şükufə və digər qonaqlar iştirak edib.
Şagirdlər şəhidin həyatı və şərəfli döyüş yolundan danışdılar. Şəhidə həsr olunmuş şeir, mahnı və videoçarx nümayiş olundu.
Sonda qonaqlar muzeydə şəhidlərin şəxsi əşyalarından yaradılan guşəni ziyarət etdilər.
Bərdə regionu üzrə bölgə müxbiri
Vətən Naminə Mətbuat Xidməti