Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına bildirilib ki, Tacikistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmonla ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Görüş zamanı Azərbaycan və Tacikistan arasında əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Eyni zamanda, “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya” çərçivəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Vətən Naminə Mətbuat Xidməti