Tərtərdə şəhidin doğum günü qeyd edilib

18 aprel 2022-ci ildə Tərtər rayonu icra hakimiyyətinin və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Tərtər rayon filialının təşkilatçılığı ilə şəhid İnqilab Ağayevin doğum gününə həsr edilmiş tədbir keçirilmişdir.

Tədbirdə Tərtər rayon icra hakimiyyətinin şöbə müdiri Ülvi Nəcəfov, AzQMƏVŞAİB-in Tərtər rayon filialının sədri Suliddin Yusifov, şəhidin döyüş yoldaşları və 44 günlük savaşın iştirakçıları iştirak edib.

Tədbir şəhidin məzarını yad etməklə başlamışdır. Şəhidin məzarı önündə şəhidin ruhuna dualar oxunmuş, şəhidlərin Azərbaycan xalqının qəlbində əbədi olaraq yaşayacağını bildiriblər.

Tədbirin ikinci hissəsi şəhidimizin təhsil aldığı Tərtər rayon 2 saylı məktəbdə davam edib.

Məktəbdə şəhidin adını daşıyan sinif otağının açılışı olub. Daha sonra məktəbin direktoru Gülarə Əliyeva tədbir iştirakçılarını salamlayaraq şəhidimiz haqqında danışıb. Tədbirdə məktəblilər şəhidimizin şərəfinə şeirlər səsləndirmiş və müxtəlif proqramlarla çıxış ediblər.

Şəhidlər ölməz! Vətən bölünməz!

Aris Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.