Regionlarda keçirilən layihə zamanı iştrakçılar ilk öncə Ümummilli lider, Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb və dahi şəxsiyyətin unudulmaz xatirəsini ehtiramla yad ediblər.
Layihə təlimçisi Aris Məmmədovun tədbirlərin işıqlandırılmasında və ictimaiyyətə çatdırılmasında birbaşa iştrak edən VETENNAMİNE.AZ saytının müxbirinə verdiyi məlumata görə, 27 aptel tarixindən start verilən təlimlər bugünədək Bakı, Sumqayıt şəhərlərində, Tərtər, Bərdə və Ağdam rayonlarında keçirilib.
Təlim zamanı şəhid ailələri və Qarabağ müharibəsi iştirakçılarına, onların ailə üzvlərinə dövlətimizin uğurla apardığı sosial siyasət və bu sahə üzrə qəbul olunmuş qanunlar haqqında maarifləndirici məlumatlar verilib.
Eyni zamanda, tədbir iştirakçılarına onların hüquqlarının, müvafiq qanunvericilik aktlarının və hər hansı problemlərinin hüquq müstəvisində həlli üçün müraciət edə biləcəkləri müəyyən ünvanların əks olunduğu kitabçalar hədiyyə edilib.
A.Məmmədovun sözlərinə görə, bu mövzuda görüşlərin, ümumilikdə respublikamızın 9 şəhər və rayonunda keçirilməsi planlaşdırılır.
Hörmətlə,
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi
Asiman Xəlili
Vətən Naminə Mətbuat Xidməti