• Xəbər Lenti
  • Ən çox oxunan
  • Hamısı
  • Xəbərlər
  • Hərbi
  • Texnologiya
Tənbəl heyvanlar (Folivora)

Tənbəl heyvanlar (Folivora)

23 Fevral 2023
YAP Biləsuvar rayon təşkilatı 8 noyabr – Zəfər Günü həsr olunmuş tədbir keçirib

YAP Biləsuvar rayon təşkilatı 8 noyabr – Zəfər Günü həsr olunmuş tədbir keçirib

06 Noyabr 2025
Şəhidlərimizin anım mərasimi keçirildi

Şəhidlərimizin anım mərasimi keçirildi

16 Oktyabr 2025
9 oktyabr – Vətən Müharibəsi şəhidi  Rəhimov Zamin Vahid oğlunun şəhadətə yüksəlməsindən 5 il keçir

9 oktyabr – Vətən Müharibəsi şəhidi Rəhimov Zamin Vahid oğlunun şəhadətə yüksəlməsindən 5 il keçir

09 Oktyabr 2025
YAP Bərdə rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəfər tariximizin müəllimləri” adlı tədbir keçirib

YAP Bərdə rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəfər tariximizin müəllimləri” adlı tədbir keçirib

03 Oktyabr 2025
“Qərbi Azərbaycana aparan yollar” adlı tədbir keçirilib

“Qərbi Azərbaycana aparan yollar” adlı tədbir keçirilib

03 Oktyabr 2025
Qarabağ qazisi Alekseyev Lətifin əziz xatirəsinə

Qarabağ qazisi Alekseyev Lətifin əziz xatirəsinə

02 Oktyabr 2025
Vətən müharibəsi şəhidi mayor Kəlbalıyev Səyavuş Hümbət oğlunun ildönümü münasibətilə anım tədbiri keçirilib

Vətən müharibəsi şəhidi mayor Kəlbalıyev Səyavuş Hümbət oğlunun ildönümü münasibətilə anım tədbiri keçirilib

30 Sentyabr 2025
Şəhidimiz Elməddin Hüseynzadənin 5-ci il dönümü qeyd edildi

Şəhidimiz Elməddin Hüseynzadənin 5-ci il dönümü qeyd edildi

29 Sentyabr 2025
HƏR AN EHTİRAMLA ANIRIQ…

HƏR AN EHTİRAMLA ANIRIQ…

27 Sentyabr 2025
Bərdə rayonun Bəcrəvan kəndində şəhid Məmmədli Namiq Ağamməd oğlunun anım mərasimi keçirildi

Bərdə rayonun Bəcrəvan kəndində şəhid Məmmədli Namiq Ağamməd oğlunun anım mərasimi keçirildi

15 Sentyabr 2025
Vətən müharibəsi şəhidi Ağayev Vahid Məcnun oğlunun doğum günü münasibətilə anım tədbiri keçirilib

Vətən müharibəsi şəhidi Ağayev Vahid Məcnun oğlunun doğum günü münasibətilə anım tədbiri keçirilib

15 Sentyabr 2025
Şəhid Əlizadə Pərvin Vüqar oğlunun doğum günü münasibəti ilə anım mərasimi keçirilİb

Şəhid Əlizadə Pərvin Vüqar oğlunun doğum günü münasibəti ilə anım mərasimi keçirilİb

11 Sentyabr 2025
  • Əlaqə
  • Əsas səhifə
  • Haqqımızda
  • Saytın istifadə qaydaları
Vətən Namin TV
Bazar, Noyabr 9, 2025
Vətən Naminə
  • Əsas
  • Xəbərlər
  • Sosial
  • Hərbi
  • Qanunvericilik
    • Qanun
    • Fərman
    • Sərəncam
    • Qərar
  • Digər
    • Sosial sahibkarlıq
    • Elm və təhsil
    • Müsahibələr
    • Araşdırma
    • Məqalələr
    • Tədbirlər
No Result
View All Result
Vətən Naminə
No Result
View All Result
Əsas Araşdırma

Tənbəl heyvanlar (Folivora)

Yazar Mətbuat Xidməti
23 Fevral 2023
Kateqoriya Araşdırma, Məqalələr
A A
Sloth in Puerto Viejo, Costa Rica.

Sloth in Puerto Viejo, Costa Rica.

Facebook-da paylaşınTelegram-da paylaşın

Tənbəl heyvanlar Mərkəzi və Cənubi Amerikada yaşayan orta ölçülü məməlilərdir. Folivora alt dəstəsi kimi tanınan bu canlıların altı fərqli növü müəyyən edilmişdir. Onlar əsasən ot yeyənlərdir və bitki gövdəsi, yarpaqları və kökləri ilə qidalanırlar, lakin bəzən həşəratlar, kiçik kərtənkələlər və s. ilə qidalanırlar..

Tənbəl heyvanlar ağaclarda yaşamağa ən çox uyğunlaşan canlılardan biridir. Pəhrizlərinin böyük bir hissəsini təşkil edən yarpaqlar onlara çox az enerji verir və qida maddələri baxımından da məhduddur, həzm edilməsi çox uzun çəkir. Buna görə də tənbəl heyvanların yavaş, lakin təsirli həzm fermentləri olan çox böyük, ixtisaslaşmış mədələri var. Onların mədələrində çoxlu bakteriyaların yaşadığı bir neçə bölmə var. Bu bakteriyalarla simbiotik həyat quran tənbəllər, bakteriyalar sayəsində yarpaqları həzm edirlər.

Tənbəl heyvanların mədəsinin çəkisi bədəninin 2/3 hissəsi qədərdir. Bu böyük mədəyə baxmayaraq, həzm prosesləri çox uzun müddət çəkə bilər. Məlumdur ki, aldıqları bəzi növ yarpaqları 1 aya qədər həzm edə bilirlər. Bu yavaş həzm sayəsində yarpağın hər molekulunu qiymətləndirə bilirlər. Ancaq, bunun müqabilində onlar çox ciddi enerjiyə qənaət etməli olurlar. Onların maddələr mübadiləsi inanılmaz dərəcədə yavaşdır (bu ölçüdə başqa bir heyvanın sürətinin yarısından daha azdır), ən aktiv olduqları vaxtlarda belə bədən istiliyi 30-34 dərəcə arasında olur və istirahət zamanı temperatur daha da aşağı düşür.

Tənbəl heyvanlar ancaq lazım olduqda, onda da çox yavaş hərəkət edir, eyni çəkidə olan digər heyvanların yarısı qədər əzələ toxumasına malikdirlər. Yırtıcılarının qəfil hücumu olduqda çox nadir hallarda olsa da, daha sürətli  hərəkət edə bilirlər, lakin hərəkət etdikdə enerjilərinin böyük bir hissəsini israf edirlər. Onların yerdəki maksimal sürəti dəqiqədə 1,5 metrdir. Onlar çox zaman dəqiqədə 15-30 sm irəliləyirlər.

Tənbəl heyvanlar gündə 15-18 saat yataraq ən çox yatan heyvanlar hesab olunur. Qalan vaxtda yapışdıqları ağac budağını yeyib dəyişdirirlər. Onların çox yemədikləri və su içmədikləri də məlumdur, ona görə də təbiətə ən az zərər verən heyvanlar kimi tanınırlar.

Tənbəl heyvanalar iti pəncələri sayəsində budaqlarda başıaşağı yaşayırlar. Onlar yalnız ağacları dəyişdirmək və ya ifrazat etmək üçün yerə enirlər. Onların daxili orqanlarının yeri belə başqa məməlilərdən fərqlidir, çünki onlar daim tərs asılırlar. Hətta tükləri də əks istiqamətdə uzanır. Tənbəl heyvanlar ağaclarda yaşamağa uyğunlaşsalar da, yaxşı üzgüçüdürlər.

Tənbəl heyvanlar Pilosa sırasındadır, yəni onların ən yaxın qohumları qarışqa yeyənlərdir. Bu heyvanlar ilk dəfə təxminən 60 milyon il əvvəl təkamül keçiriblər; Hətta onların mənşəyinin 100 milyon il əvvələ gedib çıxa biləcəyini göstərən məlumatlar var. Bu gün tənbəl heyvanların iki böyük qrupu var: Megalonychidae (“iki barmaqlı” tənbəl heyvanlar) və Bradypodidae (“üç barmaqlı” tənbəl heyvanlar). Üçbarmaqlı tənbəl heyvanların həm əllərində, həm də ayaqlarında 3 barmaq, ikibarmaqlı tənbəl heyvanların isə ayaqlarında 3, əllərində isə 2 barmaq olur. Bu iki ailənin sonuncu ortaq əcdadı 35-40 milyon il əvvəl yaşamışdır.

 

Nigar Həziyeva

Vətən Naminə Mətbuat Xidməti

Plugin Install : Subscribe Push Notification need OneSignal plugin to be installed.
Əvvəlki xəbər

Körpələrin göz və saç rəngləri niyə dəyişir?

Növbəti xəbər

Vəhşi təbiət və zoopark heyvanları arasındakı fərqlər

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

RSS Vətən Naminə TV

  • Şəhid XTQ Qüvvələrinin Giziri Naibov Devran Fazil oğlunun 5 ci il dönümü qeyd olunub. 08 Oktyabr 2025
  • Şəhid Quliyev Mehman Telman oğlunun 5-ci ildönümü qeyd olunub 07 Oktyabr 2025
  • ŞƏHİDLƏRİMİZİ YAŞADAQ | Hüseynzadə Elməddin 13 İyun 2024
  • “ŞAHDAĞ QUBA & TRUSKAVETS” sanatoriyasında şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı 26 Fevral 2024
  • TURANA DOĞRU | ƏSGƏRƏ MƏKTUB 11 Noyabr 2023
  • TURANA DOĞRU | DÜNYA SAVAŞINA DOĞRU... 18 Oktyabr 2023
  • TURANA DOĞRU | TÜRK DÜNYASININ ZƏFƏR GÜNÜ - II hissə 30 Avqust 2023
  • TURANA DOĞRU | TÜRK DÜNYASININ ZƏFƏR GÜNÜ - I hissə 30 Avqust 2023
  • TURANA DOĞRU | Azərbaycan və Qazaxıstan ictimai birlikləri əməkdaşlığa imza atdılar 05 Avqust 2023
  • #söyüdlü #gədəbəy #etsn #vətənnaminə #xəbərlər 18 İyul 2023
  • #gədəbəy #media #söyüdlü #etsn 18 İyul 2023
  • Prezidentin Nazirliyə verdiyi 1 həftə sona çatdı - ETSN-dən açıqlama 18 İyul 2023
  • TURANA DOĞRU | Buxara vilayətinin baş həkimi İlxom Norov 07 İyul 2023
  • TURANA DOĞRU | 26 iyun Silahlı Qüvvələr Günü 26 İyun 2023
  • ŞƏHİDLƏRİMİZİ YAŞADAQ | Kərgicahan pələngi 24 İyun 2023
Vətən Naminə

©2024 Hüquqları qorunur.

Vətən Naminə Media Qrup

  • Haqqımızda
  • Galereya
  • Saytın istifadə qaydaları
  • Əlaqə

Bizi izləyin

No Result
View All Result
  • Əsas səhifə
  • Xəbərlər
    • Siyasət
    • Cəmiyyət
    • Dünya
    • İdman
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Kriminal
  • Sosial
    • Turizm
    • Kulinariya
    • Film
    • Layihələr
  • Texnologiya
    • Kibertəhlükəsizlik
    • Proqramlaşdırma
    • Smartfonlar
    • Startup
  • Hərbi
    • Təlimlər
    • Görüşlər
    • Cəbhə Xəbərləri
  • Qanunvericilik
    • Qanun
    • Fərman
    • Sərəncam
    • Qərar
  • Digər
    • Sosial sahibkarlıq
    • Elm və təhsil
    • Müsahibələr
    • Araşdırma
    • Məqalələr
    • Tədbirlər

©2024 Hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlərdən istifadə edirik. Visit our Gizlilik Siyasəti.