Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına bildirilib ki, görüşdə Cəmiyyətin 2023-cü ilin ilk 6 ayı üzrə idarəetmə hesabatı nəzərdən keçirilib, Cəmiyyət tərəfindən həyata keçirilməsi planlaşdırılan investisiya layihələri və qurumun Koordinasiya ofisinin fəaliyyəti müzakirə edilib. Eyni zamanda iclasda işğaldan azad edilmiş ərazilərdə görülən işlərə baxılıb və Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun təhlükəsiz istismarı barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 sentyabr tarixli Sərəncamına əsasən yenidən formalaşdırılıb.
Vətən Naminə Mətbuat Xidməti