Təmiz Ölkəm layihəsi çərçivəsində plastik tullantıların toplanma məntəqələrinin sayı artır

İstifadə olunmuş plastikləri təkrar emala yönləndirmək və ətraf mühitə təsirini azaltmaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Coca-Cola şirkəti və “ASAN Könüllüləri” ilə birgə keçirdiyi “Təmiz Ölkəm” layihəsi çərçivəsində 8 ay ərzində ümumilikdə 17480 kq plastik toplanılıb, təkrar emal müəssisələrinə göndərilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, Bakı şəhərinin müxtəlif yerlərindən 85-dən çox tərəfdaş layihəyə cəlb edilib və əməkdaşlıq davam etdirilir.

Nazirlik rəsmisinin sözlərinə görə, hazırda Bakının iri ticarət mərkəzlərindən olan Gənclik Mall, Dəniz Mall, təhsil müəssisələrindən Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, CinemaPlus və Park Cinema kinoteatrlarının dəstəyi ilə həmin sahələrdəki ictimai-iaşə obyektlərinə və ticarət mərkəzlərinin müvafiq yerlərinə istifadə olunmuş plastik tullantıların toplanması üçün qutular yerləşdirilib, həmçinin insanların maarifləndirilməsi üçün müxtəlif məlumatlandırıcı vasitələr paylanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.