Təlimlərin sənayedə rolu

Sosial Sahibkarlığın İnkişafı və Təlim Mərkəzi MMC-nin tərəfdaşı, SOCAR AQŞ DƏNİZDƏ SƏTƏMM üzrə mütəxəssis Məmmədov Eldarın “İnsana Dəyər” jurnalında məqaləsi dərc olunmuşdur. Məqaləni sizlərə təqdim edirik.

Hazırlıqlı və peşəkar işçilərin iş sahələrində olması iş sahəsində təhlükəsizliyin təmin olunmasına, keyfiyyətin və işçilərin arasında motivasiyanın yüksək səviyyədə, iç zamanı səhvlərin az olmasına zəmanət verir. Araşdırmalar zamanı məlum olmuşdur ki, Amerika Birləşmiş Ştatları işçilərin peşəkar olması üçün il ərzində təlimlərə 200 milyon dollardan çox vəsait xərcləyir.

Yaxşı, bəs təlim nədir? Bir çox xarici ədəbiyyatlarda təlimlərə bir neçə tərif verilmişdir. Lakin, daha doğru tərifi Salas öz araşdırmasında qeyd etmişdir.

“Təlim – biliklərin (nəyi bilməliyik), bacarıq (nəyi etməliyik) və münasibətlərin (nəyi hiss etməliyik) sistematik komplekləşdirilməsidir ki, iş mühitində müsbət performansın əldə olunmasına köməklik edir. Sənaye prizmasından baxdıqda təlimin digər qısa tərifi “İşçilər iş sahəsində müəyyən olunmuş əməliyyatı yerinə yetirmək üçün lazımı bilikləri əldə edirlər.”

Təlimlərə başlamazdan əvvəl və ya hər hansı bir təlim seçildikdə “təlimlərin analiz olunması” məqsədəuyğun hesab olunur. Təlimlərin analiz olunması hansı mənanı daşıyır? Təlimlərə başlamazdan əvvəl təşkilatın, şirkətin hansı təlimlərə ehtiyac olduğunu nəzərdğn keçirməkdir. Buna görə, təşkilat və ya şirkət öz işçilərini təlimə cəlb etməzdən əvvəl, müəyyən etməlidir ki, hansı mərhələdə işçilər lazımı təlimlərə cəlb edilməlidir. Əks halda, bu şirkət və təşkilatlara maliyyə problemindən başqa bir şey olmayacaq.

Təlimlərin ilkin şərtləri.

İlkin şərtlər təlimlərin seçilməsində mühüm rol oynayır.

Belə ki, bir çox faktların təlimlərdən əvvəl baş verməsi daha önəmli sayılır.

Təlimlərin ilkin şərtlərinə daxil olan faktorlar aşağıdakılardır:

1. Təlim alanın (işçinin) idrak səviyyəsi (təlimi anlaması).

2. Təlim alanın (işçinin) həvəsləndirilməsi (motivasiya olunması).

3. Təlimin hazırlanması.

Təlimim quruluşu.

Əsasən iştirakçıların bilik səviyyəsinə uyğun (iştirakçıların gördüyü işə əsasən) təşkil olunmalı və iştirakçıları (auditoriyanın) xüsusiyyətləri nəzərə alınmalıdır.

Təlimin məzmunu.

Ən maraqlı məqamlardan biri də təlimlərin məzmunudur. Bu nüansı müzakirə edərkən insan amili (human factors) nəzərə alınmalı, təlimdə iştirak edəcək işçilərin hansı məlumatlara daha çox ehtiyyac olmaları müzakirə olunmalıdır.

Təlimlər bir neçə metodla işçilərə çatdırıla bilər. Bunlar  aşağıdakılardır:

1. Məlumat əsaslı metod (information based method) – mühazirələr, kitabçalar və bir təfərli xarakter daşıyan digər təlimatlandırma növləri.

2. Nümayiş əsaslı metod (demonstration based method) – video nümayişlər, multi media nümayişlər.

3. Praktik əsaslı metod (practice based method) – simulyasiyalar, iş əsaslı tapşırıqlar, keyslər.

Bu kiçik bir məqalədə təlimlərin sənayedə necə rol oynadığı haqqında qısa məlumatlar qeyd olundu. Təlimlərin əsas məqsədi savadlı, idraklı, bacarıqlı işçilərin iş sahəsində təmin olunmasıdır. Təlimlər həm də, işçilərə unudulmuş məlumatların yenidən xatırlanmasına yardımçı olurlar, necə ki atalar sözlərində qeyd olunduğu kimi “Təkrar biliyin anasıdır”.

 

Müəllif:

Eldar Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.