Təhtəlşüur nədir?

Təhtəlşüur termini ilk dəfə psixoanalizin banisi Ziqmund Freyd tərəfindən istifadə edilmişdir. Avstriyalı nevroloq “Yuxuların şərhi” və “Psixoanalizə yeni giriş” kitablarında şüursuzluq nəzəriyyəsinə uyğun olaraq yuxuları və davranış pozğunluqlarını təhlil etmişdir. Bu anlayış bəzi mənbələrdə şüursuz və şüuraltı olaraq da adlandırılır. Təhtəlşüur nədir və necə işləyir? Subliminal təmizləmə üsulları və tətbiqləri hansılardır? Burada bütün maraqlı detallar var.

Ziqmund Freydə görə, təkcə yuxular deyil, həm də xatirələr, travmalar, şəxsiyyət pozğunluqları və fobiyalar bilavasitə şüuraltı ilə bağlıdır. Freydə görə, insanın şüuraltına itələdiyi qorxular və üzləşməkdən çəkindiyi xatirələr onun bütün həyatına və insani münasibətlərinə dərindən təsir edir.

Təhtəlşüur nədir?

Təhtəlşüur-beyinin, mərkəzi və periferik sinir sisteminin köməyi ilə orqanizmdə baş verən hər şeyə nəzarəti həyata keçirir. Ona görə də hipnotik trans vəziyyətində, təlqin nəticəsində hərarəti, nəbzi, təzyiqi dəyişmək, sağalma prosesini sürətləndirmək olar.
İnsan özü bilmədən öz həyatını, özünü məhv edir. Bunu necə edir? Təhtəlşüuru pis sözlərlə doldurub, özünü elə kodlayaraq.
Məsələn: mən bacarıqsızam
Mənim yaddaşım zəifdir
Görməm də zəifləyir
Onun mənə yaxşı təsir edəcəyini düşünmürəm
Mən yenə yaxşı qiymət/bal almayacam
Bugün uğursuz olacaq
Adları yadımda saxlaya bilmirəm
Qorxuram və s. kimi cümlələrlə.
Şüuraltını yenidən proqramlaşdıra bilərsiniz. Həm də bunun üçün uzun bir vaxt lazım olan müalicə üsullarına ehtiyac yoxdur. Problemi bilməyiniz və problemə qarşı təlqinlər edib şüuraltına təsir etməyiniz kifayətdir. Şüuraltını istədiyiniz kimi proqramlaşdıra bilər, hədəflərinizə daha tez çata, istədiklərinizi daha tez əldə edə bilərsiniz. Bəs necə edilməlidir? Belə, o cümlələrin əksini deməklə.
Məsələn: mən çox bacarıqlıyam
Ağıllıyam
Yüksək qiymət/bal alacam
Bu günüm uğurlu olacaq
Mənim yaddaşım çox güclüdür
Mənim görməm çox güclüdür və s. belə cümlələrlə.
Həmçinin xəstəlikləri də bu üsulla müalicə edə bilərsiniz. Görməniz zəifdirsə əgər, deməli birindən heç də xoşunuz gəlməyib. Onu görmək istəmirsiz. Bu şüuraltınızda qalıb və gözlərinizi zəiflədib. Onun haqqında yaxşı düşünməlisiniz. Sonrya görməniz düzələcək, güclənəcək.
İnanclar da bununla bağlıdır.
Təhtəlşürurunuzdakı proqramları, pis anları təmizləyərək, dəyişərək sağlamlığınızı, həyatınızı dəyişə bilərsiniz.

 

Hazırladı:

Həlimə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.