“Sahibkarlığın İnkişafı və Təlim Mərkəzi” tərəfindən jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığların artırılmasını təmin etmək məqsədilə təcrübə proqramına start verilib. 3 ay müddətində davam edəcək proqram çərçivəsində təcrübəçilər real iş mühitində çalışacaq, müxtəlif özünüinkişaf təlimlərində iştirak edəcək, jurnalistikanın sirlərini öyrənəcəklər. Təcrübə proqramını uğurla bitirən təcrübəçilərə Sertifikat veriləcək.
Proqram müddətində iştirakçılar Vetennamine.az saytında xəbər, müsahibə, reportaj, araşdırma, məqalə yazılarının hazırlanmasında, Vətən Naminə TV-də verlişlərin çəkilməsində iştirak edəcək, jurnalistika sahəsində təcrübə əldə edəcəklər.
Təcrübə proqramına qoşulmaq istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:
− Ali təhsil (hazırda təhsilini davam edənlər daxil olmaqla)
− Məsuliyyətli, intizamlı, təşəbbüskar
− Kollektivdə işləməkbacarığı
− Kompüter bilikləri
Təcrübə proqramı 1 may tarixindən başlayaraq 3 ay müddətində davam edəcək. Proqramı uğurla başa çatdırmış və öz öhdəliklərini yerinə yetirmiş təcrübəçilər sonda sertifikatla təltif olunacaqlar.
Müraciət üçün son qeydiyyat tarixi 25 apreldir. Təcrübə proqramına qoşulmaq istəyən gənclər aşağıda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçə bilər.
https://docs.google.com/forms/d/1WsmJDFLdhiMV8OPdxbCqAGZoCUb-zsfFjnRWvDdNHNo/edit