Ermənistan Silahlı Qüvvələri bölmələri tərəfindən Bərdənin dinc əhalisinə qarşı törətdiyi terrordan 2 il keçir.
2020-ci ilin oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də isə Bərdə şəhərinə raket hücumları nəticəsində 27 nəfər həlak oldu, 70 nəfərdən artıq insan yaralandı. Ermənistan Silahlı Qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini mütəmadi olaraq kobud şəkildə pozaraq dinc əhaliyə qarşı döyüş əməliyyatının aparıldığı bölgələrə aidiyyatı olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirməklə özünün bir daha terrorçu dövlət olmasını sübut etdi.
28 oktyabr 2020-ci il tarixdə saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərini sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 qəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbəsinin endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olmuş, 8-i uşaq, 15-i qadın olmaqla 70 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Bundan əlavə 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə külli miqdarda ziyan dəymişdir.
Vetennamine.az saytının kollektivi və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin idarə heyəti faciə qurbanlarını dərin hüznlə yad edir, doğmalarına səbr diləyir.
Allah şəhidlərimizə rəhmət etsin!
Müəllif: Aris Məmmədov