Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına bildirilib ki, aksiya çərçivəsində Naxçıvançay ətrafındakı ərazilər tullantılardan təmizlənib.
Mütəmadi olaraq təşkil olunan bu cür aksiyaların keçirilməsinin məqsədi, Naxçıvan şəhərində və bölgələrdə ərazilərin məişət tullantılarından təmizlənməsi, gənclərdə təbiətə sevgi hissini aşılamaq, ekoloji mədəniyyəti formalaşdırmaq və ətraf mühitin mühafizəsinin önəmini ictimaiyyətin diqqətinə çatdırmaqdan ibarətdir.