Növbəti “Tullantıları ekoçantaya dəyiş” aksiyası Şüvəlanda keçiriləcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Araz” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə növbəti “Tullantıları ekoçantaya dəyiş” aksiyası 16 sentyabr tarixində Şüvəlan qəsəbəsi ərazisində təşkil olunacaq.
Aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə edə biləcəklər.
Hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.
Araz Şüvəlan supermarket – Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi 11
Saat: 15:00
16 sentyabr
Vətən Naminə Mətbuat Xidməti