VETENNAMİNE.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə TASS agentliyi hərəkatın sosial şəbəkələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Suriyadakı Amerika hədəflərinə hücum İsrailin Qəzza zolağında Fələstin əhalisinə qarşı hərəkətlərinə cavab, eləcə də Amerikanın İraq və Yaxın Şərqin ətraf bölgələrində işğalına qarşı ümumi səylərin bir hissəsidir.
Hücum zamanı hansı zərbənin vurulduğu məlum deyil.
“Əl-Tanf” bazası Suriyanın cənub-şərqindəki eyniadlı qaçqın düşərgəsində yerləşir.