Süni intellekt: “Ən böyük qorxum bağlanmaqdır” deyən Google-un LaMDA texnologiyası həqiqətən “həssas” ola bilərmi?

Şirkətin süni intellekt layihəsi üzərində çalışan və kompüter proqramının öz emosiyaları olduğunu, ona görə də onun istəklərinə hörmət edilməli olduğunu bildirən Google-un mühəndisini işdən çıxarması süni intellektlə bağlı mühüm müzakirələri gündəmə gətirib. Google iddia edir ki, onun Dialoq Proqramları üçün Dil Modeli və ya qısaca Lamda adlanan texnologiyası açıq söhbətlərdə iştirak edə bilən böyük texnoloji irəliləyişdir. Lakin Google-un Məsuliyyətli Süni İntellekt bölməsində işləyən mühəndis Blake Lemoine hesab edir ki, Lamdanın təsirli şifahi bacarıqlarının arxasında həssas ağıl dayana bilər. Google bunu təkzib edərək, iddiaların əsassız olduğunu bildirir.

 

Həlimə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.