Sumqayıtda Vətən müharibəsi ilə əlaqədar abidə ucaldıldı


“Şəhidlər xiyabanı” Sumqayıt memorial kompleksində yenidənqurma işləri yekunlaşmaq üzrədir.
Vetennamine.az-ın məlumatına görə, artıq xiyabanın orta hissəsində daim Vətənin müdafiəsinə hazır olmanın dinamikasını göstərən əsgər heykəli ucaldılıb. Bununla yanaşı, xiyabanda hündürlüyü 30 metrə çatan bayraq dirəyi ucaldılıb.İşlərin 8 Noyabr Zəfər gününə başa çatdırılması nəzərdə tutulub. Zəfər günü memorial kompleksinin açılışı planlaşdırılır.
1992-ci ildə Sumqayıtda salınan Şəhidlər xiyabanında 510 şəhidimiz uyuyur.