Sudan Mərkəzi Həkimlər Komitəsi ordusu ilə Çevik Dəstək Qüvvələri arasında üçüncü günə daxil olan qarşıdurmalarda 100-ə yaxın insanın həyatını itirdiyini açıqlayıb. Qarşıdurmalarda 1100-dən çox insanın yaralandığı bildirilir.
Sudanda ordu ilə HDK arasında müxtəlif şəhərlərlə yanaşı paytaxt Xartumda da şiddətli qarşıdurmalar davam edir. Bu gün səhər saatlarında paytaxt Xartumda atəş səsləri eşidilib. Qarşıdurmalarda neçə əsgərin öldüyü hələlik məlum deyil. Ancaq küçələrdə çoxlu cəsədin olduğu bildirilir.
VETENNAMİNE.AZ xarici mediaya istinadən xəbər verir ki, Sudan Mərkəzi Həkimlər Komitəsi üç gündür davam edən qarşıdurmalarda 100-ə yaxın adamın həyatını itirdiyini açıqlayıb. Qarşıdurmalarda 1100-dən çox insanın yaralandığı bildirilir.
Birləşmiş Millətlər Təşkilatı Ümumdünya Ərzaq Proqramının üç əməkdaşının qarşıdurmada öldüyünü açıqlayıb.Sürətli Dəstək Qüvvələri ən azı üç hava limanı, baş qərargah rəisinin iqamətgahı və prezident sarayına nəzarəti ələ keçirdiklərini iddia edir. Sudan ordusu bu iddianı rədd edir.
Asiman Xəlili
Vətən Naminə Mətbuat Xidməti