Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra praktiki uçuşlar həyata keçirilib.
Müəyyən edilmiş marşrutlar üzrə döyüş manevrləri yerinə yetirildikdən sonra Su-25ML tipli təyyarələrdən 250 və 500 kiloqramlıq qanadlı ağıllı aviasiya bombaları ilə yerüstü hədəflərə uzaq məsafədən atəş açılıb.
Hərbi pilotların döyüş hazırlığının inkişaf etdirilməsi məqsədilə keçirilən təlim atışlarında təyin edilmiş hədəflər dəqiq aviasiya zərbələri ilə uzaq məsafədən məhv edilib.
Vətən Naminə Mətbuat Xidməti