Rumın mifologiyası həm rumınların, həm də tarix boyu Rumıniya bölgəsində yaşamış insanların bütün mifoloji inanclarına verilən addır. Onu birbaşa Rumıniya mifologiyası adlandırmaq olar, çünki əhatə etdiyi icmaların əksəriyyəti rumınlar tərəfindən bir növ əcdadlar hesab olunurdu. Eyni səbəbdən, Rumıniya mifologiyasında Roma və Skandinaviya mifologiyalarından elementlər var. Buraya qədim Dakiya və Trakya tanrı və ilahələri də daxildir.
Rumın mifologiyası zaman keçdikcə daha çox folklor xarakterinə sahib oldu və çox təfərrüatlı və mürəkkəb folklor yaratdı. Zaman keçdikcə bu folklorun müxtəlif elementləri başqa mədəniyyətlərin də diqqətini cəlb etmiş və beynəlxalq mədəniyyətə daxil edilmişdir. Bunun ən məşhur nümunələrindən bəziləri vampir və canavar hadisələridir. Əslində, vampir və canavar kimi personajlar köhnə mifologiyalarda və müxtəlif qəbilələrin folklorunda da mövcuddur, lakin müasir vampir və canavar mədəniyyəti əsasən Rumıniya folkloruna/mifologiyasına əsaslanır.
“Strain”ə baxanların yaxşı tanıdığı bu əfsanəvi məxluq Drakulanı da yaradan Rumıniya mifologiyasından gəlir.
Rumıniyada Striqonun Drakulanın atası olduğu iddia edilir. Serialda görünənin əksinə o, görünməz və ya hər hansı bir heyvan şəklindədir.
Həlimə Əliyeva
Vətən Naminə Mətbuat Xidməti













