Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr
şöbəsindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən,
həmin şəxslər Agentliyin müvafiq müəssisəsində yerləşən Məişət
zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbəsində
reabilitasiya xidmətləri ilə əhatə olunublar.
2021-ci ildən fəaliyyət göstərən həmin şöbədə ötən dövrdə 160-a yaxın şəxs reabilitasiya xidmətləri ilə təmin edilib.
Müasir tələblərə uyğun şəraitin yaradıldığı şöbəyə qəbul olunan şəxslərin ilkin tibbi müayinəsi və psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, sosial-hüquqi və psixoloji dəstəklə təmin edilmələri, mədəni-asudə vaxtlarının təşkili və s. istiqamətlərdə işlər aparılır.
Bu işlər fərdi iş planı üzrə və digər aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində yerinə yetirilir.
Şöbənin xidmətlərinə ehtiyac duyan şəxslər Agentliyin 116 123 “Qayğı” Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər. Çağrı Mərkəzinin 24 saat fəaliyyətdə olan 2-ci xətti məhz məişət zorakılığı ilə bağlı müraciətləri qəbul edir.
Aris Məmmədov
Vətən Naminə Mətbuat Xidməti