Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sosial siyasət və bu sahə üzrə qanunlar” mövzusunda layihə həyata keçiriləcək.
Şəhid ailələri və Qarabağ müharibəsi iştirakçılarına, onların ailə üzvlərinə dövlətimizin uğurla apardığı sosial siyasətdən və bu sahə üzrə qəbul olunmuş qanunlar haqqında maarifləndirmək məqsədi ilə təlimlər keçiriləcəkdir. Layihənin rəhbəri Mehdiyev Mehdi İmdad oğlu, təlimçi Məmmədov Aris Qismət oğludur. Təlimlərin keçirilməsi respublikamızın 9 şəhər və rayonlarında planlaşdırılmışdır.
TƏLİMLƏRİN KEÇİRİLMƏ ÜNVANI və VAXTI
27.04.2023, 11.00- Sumqayıt şəh., 6-cı mikrarayon, Heydər Əliyev mərkəzi;
28.04.2023, 11.00- Bakı şəh., Binəqədi rayonu , S.Bəhlulzadə 44, ictimai birliyin akt zalı;
02.05.2023, 11.00- Tərtər rayonu, H. Əliyev prospekti 46,Qızıl Aypara cəmiyyətinin akt zalı;
03.05.2023, 11.00- Bərdə rayonu, H.Əliyev prospekti 83, şəhər bələdiyyəsinin akt zalı;
04.05.2023, 11.00- Ağdam rayonu, Quzanlı qəsəbəsi, Heydər Əliyev mərkəzi;
11.05.2023, 11.00-Salyan rayonu, Heydər Əliyev küç., 90. YAP təşkilatının inzibati binası;
16.05.2023, 11.00-Ağdaş rayonu, H.Əliyev Xiyabani, Habil Əliyev adına musiqi məktəbi;
17.05.2023, 11.00- İsmayıllı rayonu, H. Əliyev prospekti 57, Heydər Əliyev mərkəzi;
18.05.2023, 11.00- Şəki şəhəri, 20 yanvar küçəsi 8.
Təlimlərdə iştirakçıların yaranmış sualları cavablandırılacaq və onların təklifləri aidiyyəti dövlət qurumları qarşısında ictimai birlik tərəfindən qaldırılacaq.