Sosial sığorta daxilolmaları 152 milyon manat və ya 17 faiz artıb

Sosial-iqtisadi islahatların müsbət nəticələri əhalinin sosial sığorta sistemində iştirakının genişlənməsi ilə yanaşı, sosial sığorta daxilolmalarının davamlı artımına da şərait yaradıb.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Vetennamine.az-a bildiriblər.

Dövlət Sosial Müdafiə Fonduna bu ilin ilk rübündə məcburi dövlət sosial sosial sığorta daxilolmaları 152 milyon manat və ya 17 faiz artaraq 1 mlrd. 46,7 mln. manat təşkil edib.

 

Artım büdcə təşkilatları üzrə 13,4 faiz və ya 45,7 mln., qeyri-büdcə təşkilatları üzrə 19,2 faiz və ya 106,3 mln. manat olub.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.