Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən sosial sahədə elektron xidmətlərə dair savadlılığın artırılması məqsədilə növbəti təlim Füzuli rayonunda keçiriləcək.
Aprelin 14-də saat 11:00-da Füzuli rayonundakı Gənclər Mərkəzində təşkil olunacaq təlimdə yerli sakinlərə sosial sahə üzrə e-xidmətlər və onlardan istifadəyə dair praktik məlumatlar veriləcək, sualları cavablandırılacaq.
Bu təlimlər Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının müvafiq bəndinə əsasən regionlarda əhalinin rəqəmsal xidmətlərə dair bilik və bacarıqlarının artırılması məqsədilə keçirilir.
Ötən həftə Bərdə rayonunda başlayan bu təlimlərin ölkəmizin bütün bölgələrində keçirilməsi nəzərdə tutulub.