“Sosial sahədə könüllülük” forumu öz işinə başlayıb

Forum “Könüllü DOST” proqramının 3 illiyinə həsr olunub

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Vetennamine.az-a bildiriblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tableyindəki  DOST Agentliyinin “Könüllü DOST” proqramının 3 illiyinə həsr olunmuş “Sosial sahədə könüllülük” forumu öz işinə başlayıb.

Forum “Könüllü DOST” proqramının təşkilatçılığı, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin, Azərbaycan Gənclər Fondunun və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə baş tutub.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təşkil olunan forum gənclərin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatda iştirakının, sosial sahədə könüllülük fəaliyyətinin və onun faydalarının, korporativ sosial məsuliyyətliliyin dayanıqlılığının təbliği məqsədi daşıyıb.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, təhsil naziri Emin Əmrullayev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov və b. iştirak ediblər.

Forum əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərginin nümayişi ilə başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.