Sosial şəbəkələrdə paylaşılan məlum foto və video görüntülərin Müdafiə Nazirliyi ilə heç bir əlaqəsi olmadığını qətiyyətlə bildiririk

Müdafiə Nazirliyi yalnız qarşıya qoyulmuş döyüş tapşırıqlarının icrası, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyinin qorunub saxlanılması üzrə müvafiq vəzifələri yerinə yetirən dövlət qurumudur.

Bunu Müdafiə Nazirliyinin mətbual xidmətindən vətənnaminə.az-a bildiriblər.

Bildiririk ki, Müdafiə Nazirliyi şəhidlərimizə və onların ailə üzvlərinə daim xüsusi həssaslıqla yanaşır. Hesab edirik ki, şəhidlərimizlə bağlı sosial şəbəkələrdə xoşagəlməz müzakirələrin aparılması müzəffər Ordumuzun nüfuzuna xələl gətirir və yolverilməzdir.
*Allah bütün şəhidlərimizə rəhmət eləsin!*

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.