Son nəsil protezlə təmin edilmiş qazilərin futbol yarışı keçirildi

Ümummili lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yüksək texnologiyalı son nəsil protezlərlə təmin edilmiş Vətən müharibəsi əlilləri və nazirliyin əməkdaşlarının iştirak etdiyi futbol yarışı təşkil edib.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Vetennamine.az-a bildiriblər.

Yarışda 16 iştirakçıdan 10-u yüksək texnologiyalı protezlərlə təmin edilən müharibə əlilləri (o cümlədən 1-i hər iki ayağı son nəsil protezdən olan), digərləri isə Nazirlik əməkdaşları olub. 8 nəfərlik komandaların hər birində oyunçulardan 5-ini son nəsil protezlərlə təmin olunmuş müharibə əlilləri təşkil edib.

Yarışı izləməyə Nazirliyin rəhbər şəxsləri, veteran futbolçular, azarkeşlər gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.