“Son illərdə qalıq yanacaqlardan istifadə artsa da, bərpa olunan enerji durğunlaşıb”

Yeni araşdırmaya görə, dünyada qalıq yanacaqlardan istifadə əvvəlkindən daha çox artıb, bərpa olunan enerji mənbələrinə keçid isə durğunlaşıb. Bərpa Olunan Enerji 2022 Qlobal Status Hesabatının nəticələrinə görə, qlobal enerji bazarında külək və günəş enerjisinin payının artması son on ildə gözləniləndən xeyli aşağı olub. Tədqiqatçılar ötən il elektrik enerjisi sektorunda bərpa olunan enerji mənbələrindən istifadədə sürətli artım olduğunu, lakin eyni zamanda artan tələbatın ödənilmədiyini bildiriblər. Ötən il qlobal enerji istehlakının üçdə birinə cavabdeh olan nəqliyyat sektorunda bərpa olunan mənbələrin payı cəmi 4 faiz təşkil edib.

 

Həlimə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.