Son iki ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumlarında 307,5 mindən çox vətəndaş qəbul edilib

2022-ci ilin yanvar-fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumları üzrə 307544  vətəndaş qəbul edilib. Onlardan 9200-nün nazirliyin və qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən qəbulu həyata keçirilib.

 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

 

Kollegiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev  qeyd edib ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən aparılan sosial islahatların əsas məqsədi vətəndaş rifahının və məmnunluğunun təminatıdır. Bu məqsədlə geniş miqyasda tədbirlər həyata keçirilir.

 

Sosial islahatlar ardıcıl xarakter almaqla, sosial ödənişlərrin mütəmadi artırılması təmin edilir. 2022-ci ilin əvvəlindən də ölkəmizdə yeni sosial islahata paketi kimi, əmək haqqı, pensiya və s. sosial ödənişlər növbəti dəfə artırılıb. 3,4 milyon şəxsi əhatə edən bu artımlar üçün illik əlavə olaraq  2,1 mlrd. manat ayrılıb.

 

S.Babayev  vurğulayıb ki, vətəndaşlara xidmətlərin keyffiyyətinin artırılması üçün mühüm islahatlar reallaşdırılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, operativ, tam şəffaf və müasir, vətəndaş məmnunluğuna uyğun qurulmasına imkan verib. 2019-cu ilin may ayından bəri DOST Agentliyi və  bundan sonra 5 DOST mərkəzi açılıb, paytaxtın bütün rayonları və Abşeron rayonu DOST xidmətləri ilə əhatə olunub. Ötən il DOST mərkəzlərində 410 min vətəndaşa xidmət göstərilib.

 

Qeyd olunub ki,  Azərbaycanın DOST təcrübəsindən faydalanmaq istəyən ölkələrin də sayı artmaqda davam edir. Bu gün bir sıra ölkələrlə həm DOST konsepsiyası, həm də nazirliyin fəaaliyyətt sahələrində geniş şəkildə tətbiq olunan innovativ yenliklərlə bağlı fəal təcrübə mübadilələri aparılır.

 

Ümumilikdə, beynəlxalq əməkdaşlıq müstəvisində icra olunan layihələrin və əməkdaşlıq istiqamətlərinin  sayı da 2018-ci ilə nisbətən iki dəfəyə qədər artaraq 2021-ci ildə 38-ə çatıb.

 

Bu gün nazirlik 30-a yaxın beynəlxalq təşkilatla, 30-dan çox ölkə ilə fəal əməkdaşlıq həyata keçirir.  Ötən il bir sıra ölkələrlə (Serbiya, SƏK və s.) müvafiq fəaliyyət sahələrində əməkdaşlığa dair sənədlər imzalanıb. Cari ildə də müxtəlif ölkələrin müvafiq qurumları ilə yeni əməkdaşlıq sənədlərinin imzalanması nəzərdə tutulur.

 

İclasda vətəndaşların qəbulu və müraciətlərinə baxılması, beynəlxalq əlaqələr, daxili nəzarət və audit, kadr məsələləri, sənədlərlə və vətəndaşların müraciətləri ilə iş, ictimaiyyətlə əlaqələr və s. sahələrdə görülmüş işlər və qarşıda duran hədəflər, doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması istiqamətində təşviqata dair təkliflər müzakirə olunub. Həmçinin  2021-ci ildə təsdiq edilmiş aktual peşə və ixtisasların siyahısına yenidən baxılaraq, onlara əlavə və dəyişikliklərin edilməsi qərara alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.