Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən VETENNAMİNE.AZ-a verilən məlumata əsasən, həmin şəxslərdən 339 nəfəri şəhid ailələrinin üzvləri, 1695 nəfəri müharibə iştirakçıları, 1408 nəfəri əlilliyi olan, o cümlədən 320 nəfəri müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, 1246 nəfəri keçmiş məcburi köçkünlər, 2973 nəfəri gənclər olub.
Ümumilikdə ötən dövrdə 78,7 min nəfər özünüməşğulluq proqramına cəlb olunub.
Proqrama cəlb olunan şəxslər ilk olaraq təlimlərdə iştirak edir, qiymətləndirilməsi aparılır və biznes planlarına uyğun olaraq mal və materiallar formasında aktivlər verilməklə, onlar üçün kiçik ailə təsərrüfatları yaradılır.














