HomeBütün XəbərlərSon bir ayda paxtaxtın 9 rayonunda səyyar əmək birjası təşkil olunub

Son bir ayda paxtaxtın 9 rayonunda səyyar əmək birjası təşkil olunub

Son bir ayda paxtaxtın 9 rayonunda səyyar əmək birjası təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən son bir ayda Bakının Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı, Xətai və Xəzər rayonlarında  səyyar əmək birjaları keçirilib.

Həmin rayonların ayrı-ayrı məntəqələrində müvafiq texniki avadanlıqlarla təmin edilmiş xüsusi nəqliyyat vasitəsindən istifadə olunmaqla yerli əhaliyə məşğulluq xidmətləri və aktiv əmək bazarı proqramları, o cümlədən özünüməşğulluq proqramı barədə məlumatlar verilib. Müraciət edən işsiz və işaxtaran vətəndaşlara 305 müəssisə üzrə 1320 vakansiya təklif olunub.

Birjalara müraciət edənlərdən 127 nəfərə vakansiyalar üzrə müvafiq müəssisələrə göndəriş verilib. 43 nəfər peşə hazırlığı və ya əlavə təhsil kurslarına, 71 nəfər isə  özünüməşğulluq proqramına cəlb olunmaq üçün qeydiyyata alınıb.

AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR ŞÖBƏSİ