Son 4 ildə müavinətlər üzrə ayrılan illik vəsait 3 dəfə, təqaüdlər üzrə 5,1 dəfə artıb


Son 4 ildə həssas qruplara yönələn müavinət və təqaüdlərin, ünvanlı yardımların artırılması istiqamətində də ardıcıl olaraq mühüm addımlar atılıb.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Vetennamine.az-a bildiriblər.
Eyni zamanda, həmin sosial ödənişlərin əhatə dairəsi xeyli genişlənib.
Bu proseslər müvafiq istiqamətlər üzrə ayrılan vəsaitlərdə də ciddi artımlarla nəticələnir.
2018-2022-ci illərdə dövlət büdcəsindən müavinətlər üzrə ayrılan illik vəsaitin məbləği 3 dəfə, təqaüdlər üzrə ayrılan illik vəsaitin məbləği 5,1 dəfə artıb.
Ünvanlı sosial yardımla üzrə ayrılan illik vəsaitdə isə 30 faiz artım baş verib.