Snayperlərin hazırlıq kursu davam edir

Cari  ilin döyüş hazırlığı planına əsasən Quru Qoşunlarında “Snayper hazırlığı” kursu davam edir.
Kurs müddətində snayper tüfənglərinin taktiki-texniki xüsusiyyətlərini mənimsəməklə yanaşı, hərbi qulluqçuların atəş və fiziki hazırlıqlarına da xüsusi diqqət yetirilir.
Praktiki məşğələlər zamanı snayperlər istənilən hava şəraitində, fərdi və cütlük şəklində hərəkət edərək müxtəlif məsafələrdə yerləşən hədəflərə atəş açma tapşırıqlarını yerinə yetirirlər.
Bundan əlavə, atəş mövqeyinin seçilərək hazırlanması, təlim-döyüş tapşırığının yerinə yetirilməsi üçün təyin olunan obyektlərə gizli yaxınlaşma, əlverişsiz vəziyyətlərdən atəş açma, aşkar edildikdə mövqeni tərk etmə və digər vərdişlər təkmilləşdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.