“Snayper həddi” müsabiqəsində birinci mərhələyə yekun vurulub

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətindən vetennamine.az saytına məlumat veriblər :

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsinin birinci mərhələsinin yekununa həsr olunan tədbir keçirilib.
Birinci mərhələnin 8 çalışmasının yekununda fərdi birincilik müəyyənləşdirilib. Birinci yerə layiq görülən hərbi qulluqçular qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Sonda müsabiqədə iştirak edən komandaların heyəti səhnəyə dəvət olunub və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.