VETENNAMİNE.AZ saytının Şabran rayonu üzrə bölgə mübiri xəbər verir ki, Siyəzəndə ətraf mühitin çirkləndirilməsinə qarşı tədbir keçirilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan VETENNAMİNE.AZ-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin, eləcə də Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə birgə keçirdikləri tədbirlər zamanı rayonun Gilgilçay qəsəbəsi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.
İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduğuna görə qəsəbənin bələdiyyə sədri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.