Hindistan və Pakistan əsilli mühacir ailələrin uşaqları indi Böyük Britaniya siyasətini idarə edirlər. Böyük Britaniyanın baş naziri Rişi Sunak, Şotlandiyanın baş naziri Hümzə Yusif, Şotlandiya İşçi Partiyasının lideri Ənəs Sərvar və London meri Sadik Xan adadakı aparıcı Asiyanın siyasətçiləri arasındadır.
VETENNAMİNE.AZ saytının xarici mediada araşdırmasına görə, bu gün bir müddət Britaniyanın müstəmləkəsi olan Hindistan və Pakistan kimi Asiya ölkələrinin siyasətçiləri Böyük Britaniyanın siyasətində öz izlərini qoyurlar. Hindistan əsilli Britaniyanın baş naziri Rişi Sunak, Pakistan əsilli London meri Sadik Xan, Şotlandiyanın baş naziri Hümzə Yusif və Şotlandiya İşçi Partiyasının lideri Ənəs Sərvar Böyük Britaniyada “Asiya britaniyalıları” dövrünü başlatdılar.
Bütün bu adlar imperiya keçmişinə görə çox irqli bir ölkə olan Birləşmiş Krallıqda artan siyasət müxtəlifliyini əks etdirir. Britaniyalı siyasətçi Sunder Katwala deyir: “Britaniya siyasətində irqi müxtəlifliklə bizim hazırda digər Avropa ölkələrində görmədiyimiz bir tanışlıq var”. Bu tanışlıq tez formalaşdı. Ekspertlərin fikrincə, 40 il əvvəl parlamentdə bir dənə də olsun mühacir deputat yox idisə, indi parlamentin 10 faizini mühacirlər təşkil edir.
Mühacirlər də vaxtaşırı Böyük Britaniyada həm açıq, həm də aşkar irqçilik və düşmənçiliyə məruz qalıblar. Lakin Britaniya cəmiyyəti və siyasəti nəzərəçarpacaq dərəcədə müxtəlifləşib. Əhalinin təxminən 18 faizi artıq ağdərili deyil. Bir çox insanların kökləri Britaniya İmperiyasının vaxtilə hökm sürdüyü ölkələrdə, o cümlədən Hindistan və Pakistandadır.
Asiman Xəlili
Vətən Naminə Mətbuat Xidməti