Vetennamine.az – a müsahibə veren Hüseynov Günəş Yaşar oğlu 1988-ci il sentyabr ayının 20-də Siyəzən rayonunda ziyalı ailəsində dünyaya göz açıb. Atası neft-qaz istehsalatında mühəndis, anası isə Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 saylı orta məktəbdə ədəbiyyat müəlliməsidir.O bildirir ki, ailədə ondan başqa bir böyük qardaşı var.O, həmçinin qaz istehsalatında mühəndisdir.Günəş Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasını bitirmiş.Şeir qəzəl yazmağı ta uşaqlıqdan ədəbiyyata qəzəliyyata olan sevgisindən irəli gəlib.7-8-ci sinifdə oxuyanda ədəbi məclislərdə iştirak edib, şeirlər qəzəllər qiraət edirdi.Elə o vaxtdan iki sevdiyi şairlər Mikayıl Müşfiq və Mirzə Ələkbər Sabir olub.İlk dəfə 2010-ci ildə ” Xəyallar” adlı kitabı nəşr olunub.

Günəş Hüseynin şerlərini sizlərə təqdim edirik:
Rəsmlər
Göstər mənə rəssam ki qənirsiz çəkə rəsmi.
Hərdən çevirib damlaya göydən tökə rəsmi.
Bir kurəyə nəqş eyləyə amma yekə rəsmi
Ol kurə ki, dünyadı, o dünyada rəsmlər.
Sən rəsmdə qəm rəngi görüb küsmə, nəzər qıl.
Ol qəmdəki məna doğuran qismə nəzər qıl.
Mənadı səbəb, gör səbəbin ismə nəzər qıl.
Çəkməz qəti rəssam quru mənada rəsmlər.
Tapdınsa sən əhsən çəkilən rəsmidə məna.
Ol rəsmidə can nəqş olunan cismidə məna.
Hər cismidə fərqin doğuran ismidə məna.
Rəssam adı təsvir olan imzada rəsmlər.
Ətrafa nəzər qıl hələ seyr et ki, nələr var.
Dünya deyilən rəsmidə çox möcüzələr var.
Dəryada balıqlar həmi qumlar, ləpələr var.
Çəkmiş nə qədər rəng ilə dəryada rəsmlər.
Səhraya da bax gör ki, qumun hər dənəsindən.
Hər danədəki fərq ilə rəng silsiləsindən.
Sən təsvirə bax ki, neçə cür rəng giləsindən,
Rəssam necə çəkmiş sarı səhrada rəsmlər.
Gördün Günəşin yazdıqı misradakı rəsmi?
Misradakı rənglər dolu mənadakı rəsmi.
Allahdı o rəssam özü, dünya daki, rəsmi
Təsviridi gerçək, həmi xülyada rəsmlər
Qəzəl
Ömrümdə təlatümləri gördüm dilə gəldim.
Üz döndərib asanlara çox müşkülə gəldim.
Qılsan məni təsvir ki, nə atəşlərə düşdüm,
Ol yarə gələrkən dönüb əfsus külə gəldim.
Zənn eyləmə rəhətliyə asan gələ bildim.
Çökdüm neçə ağlar gözə, oldum gilə gəldim.
Döndüm kara dərkən mənə getmə, yenə getdim.
Leysanə düşüb sonda qoşuldum selə gəldim.
Məskən mənə bir bağü- gülüstan idi, nəfsim,
Göndərdi tikanlar dolu zülmət çölə gəldim.
Əhf eylə, Xuda-yar, necə halətlərə düşdüm.
Mən gəlməməliydim sənə axır belə, gəldim.
Təsvir
Necə təsvir edim sevgimi sənə?
Dünya qədər desəm az olar yenə.
Gözlərin elə bir eşq verib mənə,
Bu eşqi heç nəyə bənzətmək olmur.
Qəlbi sənsizliyə necə öyrədim?
Ona özgəsini necə istədim?
Tutalım ölkəni tərk edim, gedim.
Axı xəyalını tərk etmək olmur.
Çox çalışdım bunu sənə deməyim.
Soruşana çox yaxşıyam söyləyim.
Bağışla gülüzlüm, daha neyləyim
İntizar ağrısın gizlətmək olmur.
Bu qəmi, nisgili qıyma sevgimə.
Eybi yox, zamanla keçəcək, demə.
Heç kim, heç nə toxtağ verməz qəlbimə.
Onu sənsizliyə örətmək olmur.
Atayeva Günay
Vətən Naminə Mətbuat Xidməti













