Vetennamine.az xəbər verir ki, 22 iyun 2023-cü il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən rayon Mərkəzi Kitabxanasında Siyəzən rayon Heydər Əliyev Mərkəzi, Siyəzən rayon Mərkəzi Kitabxanası ilə birgə təşkil etdiyi 26 iyun Silahlı Qüvvələr günü münasibəti ilə “Ordumuz qürurumuzdur!” adlı tədbir keçirilib.
Tədbirdə Vətən müharibəsi qaziləri, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Siyəzən rayon şöbəsinin sədri, GİKM-in Siyəzən nümayəndəliyinin əməkdaşları, Siyəzən rayon Mərkəzi Kitabxananın əməkdaşları, Siyəzən şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi, idarə və müəssisələrdən, gənclər, məktəblilər iştirak edirdi.
Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqə sükutla yad edildi. Tədbirdə çıxış edənlər vurğuladılar ki, əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə Ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Bu gün Ali Baş Komandan prezident cənab İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrin quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermişdir. Sonda məktəblilərin ifasında “Bayraq rəqsi”, istedadlı yeniyetmə müğənninin ifasında Vətənpərvər mahnılar tədbiri daha da rövnəqləndirdi.
Atayeva Günay