HomeBütün XəbərlərŞirvan şəhərində Hacıqabul rayon filialının üzvləri ilə şagirdlərin görüşü keçirilib

Şirvan şəhərində Hacıqabul rayon filialının üzvləri ilə şagirdlərin görüşü keçirilib

Şirvan şəhərində Hacıqabul rayon filialının üzvləri ilə şagirdlərin görüşü keçirilib

Azərbaycan QMƏVŞAİB Hacıqabul rayon filialının rəhbərliyi və aktiv üzvlərinin Şirvan şəhəri 20 saylı peşə litseyində təhsil alan şagirdlərlə ğörüşü keçirilib. Görüşdə filial sədri Rauf Məmmədov veteranlar və əlillərdən ibarət bir qrup üzv – Mehman Süleymanov, İlqar Cəfərov, Fəxrəddin Qədirov, ehtiyatda olan zabit Fərid Qasımov, tədbirin təşkilatçısı Yaqub Teymurov və tədbiri lentə alan Bəylər Təhməzov iştirak edirdilər. Liseyin direktoru İlyas Mirzəyev gələn qonaqları salamlayaraq dedi: “Həqiqətən sizlər, bizim qürur və şərəf yerimizsiz. Sizinlə fəxr edirik”.

Sonra Rauf Məmmədov çıxış edərək ümummilli liderin sözlərini sitat gətirərək bildirdi ki, milləti sevmək, dövlətə dəstək və torpağa sayğı göstərmək hər bir vətəndaşın borcudur.

Veteranlar şagirdlər qarşısında cəbhə xatirələrindən, cəbhədə yaşadıqları çətinliklərdən, dünənki ordu ilə bugünkü ordunun fərqindən, cənab prezident İlham Əliyevin orduya diqqət və qayğısından, yeni alınmış hərbi texnikaların yüksək təminatı haqqında danışdılar.

Liseyin müəllimləri öz çıxışıarənda şagirdlər və müəllimlər adından keçmiş döyüşçüləri salamlayaraq onlara bu görüşə gəldikləri üçün öz minnətdarlıqlarını bildirdilər.

Çıxışlardan sonra müəllim və qabaqcıl şagirdlər, QMƏVŞAİB Hacıqabul rayon filialının qiymətli hədiyyə və fəxri fərmanları ilə təltif olundular.

Tədbirin sonunda xatirə şəkli çəkildi.

Qeyd olundu ki, belə görüşlərin ənənəyə çevrilməsi yetişməkdə olan nəslin hərbi-vətənpərərlik ruhunda tərbiyəsi üçün önəmli bir hadisədir və bu təcrübədən istifadə edilməlidir.