Sintetik ət biomühəndislik texnologiyalarından istifadə etməklə laboratoriya şəraitində istehsal olunan ətə verilən addır. Sintetik ətlə hazırlanan ilk hamburgerin 2013-cü ildə Maastricht Universitetinin professoru Mark Post tərəfindən açıqlanmasından sonra bu sahəyə maraq getdikcə artır. 2019-cu ildə edilən hesablamaya görə, qlobal sintetik ət 2027-ci ildə 19,8 milyon dollara çatacaq.
Sintetik necə istehsal olunur?
Sintetik ət istehsalı ikiyə bölünür:
1)Hüceyrəli istehsalı,
2)Hüceyrəsiz istehsal və ya fermentasiya.
Hüceyrəli istehsal ət yaratmaq üçün ət kök hüceyrələrindən birbaşa istifadə ilə bağlıdır. Heyvanlardan alınan əzələ kök hüceyrələri qida zərdabına yerləşdirilir və bildiyimiz lif və əzələləri əmələ gətirir. Kök hüceyrələrin əmələ gətirdiyi əzələ hüceyrələri də bölünəcəyi üçün hüceyrələrin ümumi sayı davamlı olaraq ikiqat artır. Hüceyrələr bir bədənə bağlı olmadığından, bədən funksiyasını yerinə yetirmək üçün bir skelet istifadə olunur. Bunun sayəsində, heyvan bədənində olduğu kimi, skelet inkişaf edən hüceyrələri qidalandırır və formalaşdırır. Skelet texnologiyasının inkişafı sintetik ət istehsalı üçün çox vacibdir, çünki arteriya və vena damarları kimi mürəkkəb strukturları birləşdirmək daha çətindir.
Hüceyrəsiz istehsal üçün qanda olan “heme” zülalı kimi zülalları istehsal edən genlər bakteriyalara köçürülür və bu zülallar bakteriyalardan əldə edilir.
Bir çox sahibkar şirkətlər və tədqiqat qrupları hazırda hüceyrəli istehsala üstünlük verirlər. Bunun səbəbi ətə daxil ediləcək yağ və zülal kimi qida dəyərlərinin nisbətlərini təyin etmək daha asandır. Bundan əlavə, bu üsulla istehsal edilən ətin dadına baxan insanlar bu üsulla istehsalı edilən ətlərin “təmiz və təbii dadlı” olduğunu düşünürlər. Ona görə də, bu üsul daha populyardır. Yəni, əslində, biologiya sintetik ət istehsalı texnologiyasında işin çoxunu yerinə yetirmiş olur, bizə sadəcə bir neçə düzəliş etmək qalır.
Heyvanların öz immun sistemi onları xəstəliklərdən qoruyur, lakin qida ilə zəngin mühitdə yetişdirilən hüceyrə kulturalarında belə immunitet yoxdur və ya çox məhduddur. Belə mühitlərdə bakteriyalar heyvan hüceyrələrindən çox daha sürətli çoxalır və qısa müddətdə çirklənməyə səbəb olur. Ona görə də bu qurğular son dərəcə steril olmalıdır.
Mövcud elmi məlumatların işığında gördüyünüz kimi, sintetik ətdə qorxulacaq bir şey yoxdur. Sintetik ət o qədər sadə mexanizmləri ehtiva edən bir üsuldur ki, hətta “ət heyvan orqanizminin içərisində deyil, xaricində əmələ gəlir” kimi təyin edilə bilər. Sintetik ət yalnız hər hansı bir yemək deyil. Bu, həm bioloji, həm də mənəvi baxımdan insanlıq üçün böyük bir addımdır.
Nigar Həziyeva
Vətən Naminə Mətbuat Xidməti