Silahlı Qüvvələrin yaranmasının 104-cü ili münasibətilə Qaradağ rayonunda tədbir keçirilmişdir


Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən ” Holcim Azərbaycan” ASC-də 26 iyun Silahlı qüvvələr gününün 104-cü il dönümü münasibəti ilə tədbir keçirilmişdir. Tədbir müəsisənin həyətində şəhidlər kompleksinə əklil və gül dəstələrinin qoyulması ilə başladı.Tədbirdə çıxış edənlər Müzəffər Ordumuzun qazandığı uğurlar , Vətən müharibəsində igid əsgərlərimizin göstərdikləri qəhrəmanlıqlar haqqında danışdılar. Sonda tədbirdə iştirak edən şəhid ailələri və qazilərin hər birinə 100 azn dəyərində kupon təqdim edildi.






Həlimə Əliyeva