Silahlı Qüvvələr-104 il

26 iyun 2022-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 104-cü il dönümü qeyd ediləcək.

Bununla əlaqədar Azərbaycan Qarabağ Müharibəsi Əlilləri , Veteranları  və Şəhid Ailələri İctimai birliyi ön xəttə yerləşən  Müdafiə Nazirliyinin hərbi birləşməsi ilə birlikdə bayram tədbiri keçirmişdir.

Vetennamine.az saytının çəkiliş qrupu tərəfindən tədbirdən hazırlanmış materialı sizə təqdim edirəm.

Tədbir Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsinin yad edilməsi vəAzərbaycan Respublikasının himninin ifa edilməsi ilə başladı.

Tədbirdə  hərbi birləşmənin rəhbər heyəti , dövlət  və ictimai xadimlər , AzQMƏVŞAİB-in sədri  və filial sədrləri, 1-ci Qarabağ savaşı , 2016-cı ilin aprel döyüşündə və 44 günlük savaşda şəhid olanların ailə üzvləri və qazilər iştirak  etmişlər.

Tədbirdə iştirak edən Şəhid Ailələri və Qazilər qarşısında hərbi hissənin komando qrupları təntənəli marş ilə keçərək, nümunəvi çıxışlar göstərdilər. Çıxışın sonunda şəhid anaları komando qrupunun üzvlərini bağırlarına basdılar. Bir neçə şəhid anası çıxış edərək, övladlarının ölməzliyini vurğulayaraq, vətən qarşısında öz borclarını şərəflə yerinə yetirərək şəhidlik zirvəsinə ucalmışlar. Tədbirdə iştirak edən Azərbaycan Qarabağ Müharibəsi Əlilləri , Veteranları  və Şəhid Ailələri İctimai birliyinin sədri Mehdi Mehdiyev Silahlı Qüvvələr günü münasibətilə hərbi qulluqçuları təbrik edərək gələcək xidmətləri üçün tövsiyyələr verdi. Tədbirdə iştirak edən komando qruplarından fərqlənən hərbçilər ictimai birliyin təsis etdiyi medallarla və kiçik hədiyyələrlə təltif olundular. Bundan əlavə Azərbaycan Vətən Müharibəsi Veteranları ictimai birliyinin sədri Fizuli Rzaquliyev tədbir iştirakçıları qarşısında çıxış edərək,onları bayram münasibətilə təbrik etdi və növbəti bayramları Xankəndidə və digər tarixi torpaqlarımızda qeyd etməyi arzuladı.

Bədii hissədə  müxtəlif kompozisiyalar təşkil olunmuşdur.

Tədbirin sonunda Azərbaycan Qarabağ Müharibəsi Əlilləri , Veteranları  və Şəhid Ailələri ictimai birliyinin fəal üzvləri vətənpərvərlik işində fərqləndiklərinə görə və Silahlı Qüvvələrin yaranmasının 104-cü il dönümü münasibətilə Fəxri Fərmanla təltif olundular və hərbi hissənin rəhbərliyi ilə xatirə şəkli çəkdirmişlər.

Ümid edirik ki, belə tədbirlər hərbi qulluqçuların ruh yüksəkliyinin artırılmasına xidmət edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.