Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına
verilən məlumata əsasən, hərbi hissələrdə əvvəlcə şəxsi heyətlə nümunəvi
dərslər keçirilərək mövsümi xidmət qaydaları izah edilib.
Silah və texnikanın, o cümlədən aviasiya vasitələrinin yay mövsümündə
fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi
hissələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtgü materialları, eləcə
də digər zəruri ehtiyat hissələri və avadanlıqlarla tam təmin edilib.
Hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində iqlim
şəraitinin xüsusiyyətləri də nəzərə alınmaqla texnikalara planlı şəkildə
mövsümi qulluq göstərilir, elektrik sistemlərinin vəziyyəti yoxlanılır.
Həmçinin şəxsi heyətə yay şəraitində texnikanın istismarı qaydaları və
təhlükəsizlik tələbləri çatdırılır.
Qeyd edək ki, silah və texnikanın yay dövründə fasiləsiz və dayanıqlı
istismara hazırlığı hərbi hissələrin döyüş qabiliyyətinin yüksək səviyyədə
saxlanılmasına xidmət edir.
https://youtu.be/Ctv_tRnJomg
Aris Məmmədov
Vətən Naminə Mətbuat Xidməti