Nazik bağırsaq qidanın həzmində və udulmasında böyük rol oynayır, həmçinin immunitet sisteminin mühüm bir hissəsidir. İncə bağırsaqda müəyyən sayda və növdə bakteriyanın olması sağlam insan üçün normal haldır.
SIBO – Small Intestinal Bacterial Overgrowth – nazik bağırsaqlarda həddindən artıq bakteriyaların artması və yaxud oradakı bakteriya növlərinin dəyişməsini ifadə edən sendromdur. Əksər xəstələrdə SIBO-ya səbəb olan tək bir bakteriya növü deyil, normalda yoğun bağırsaqlarda olan müxtəlif növ bakteriyaların nazik bağırsaqlarda çoxalmasıdır.
Risk faktorları:
- mədə turşusunun azalması
- həssas bağırsaq sendromu
- çölyak xəstəliyi
- Crohn xəstəliyi
- bağırsaq əməliyyatları
- Diabet tip I və II tip
- antibiotiklərin tez-tez istifadəsi
- üzvi disfunksiyaları (məsələn, qaraciyər sirozu, xroniki pankreatit və böyrək çatışmazlığı)
- alkoqol istifadəsi
- doğuşa nəzarət həbləri
SIBO-nun ən çox görülən simptomları:
- Qarın ağrısı/qarın narahatlığı
- Qarın boşluğunda şişlik
- İshal
- Qəbizlik
- Qaz və geğirmə
- Daha ağır hallarda, kilo itkisi və vitamin çatışmazlığı ilə bağlı simptomlar ola bilər.
Müalicə zamanı antibiyotikler və qidalanma planlanması istifadə olunur. Antibiyotikler incə bağırsaklardaki bakteriyaların çoxalmasının qarşısını almağı hədəfləyir. Ancaq antibiyotik müalicələrinin əksəriyyətində qısa bir müddet sonra xəstəliyin təkrarlandığı müşahidə olunur.
Nigar Həziyeva
Vətən Naminə Mətbuat Xidməti