Baş prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, dekabrın 24-də saat 10 radələrində İsmayıllı rayon sakini, 1992-ci il təvəllüdlü Ülviyyə Əhmədovanın xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İsmayıllı Rayon Prokurorluğundan VETENNAMİNE.AZ -a verilən məlumata əsasən, ilkin araşdırmalarla müəyyən edilib ki, Ülviyyə Əhmədova bir gün öncə qeysəriyyə əməliyyatı olunub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Vətən Naminə Mətbuat Xidməti