VETENNAMİNE.AZ xəbər verir ki, Bərdə rayon Tarix Diyarşünaslıq Muzeyinin “Tanıyaq və Tanıdaq” layihəsi əsasında təşkil etdiyi açıq dərs şəhid Quliyev Mehman Telman oğlunun əziz xatirəsinə həsr edilmişdir.
Tədbir şəhid T.Abdullayev adına Əyricə kənd orta məktəbin təşkilatçılığı ilə keçirilib.
Tədbirdə şəhidin ailə üzvləri, döyüş yoldaşıarı, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə rayon filialının sədri Etibar xanım Hüseynova, “Bərdə” qəzetinin müxbiri Şükufə Əliyeva, şairə Arzu Yaqub qızı iştirak edib.
Allah Şəhidlərimizə Rəhmət Etsin!
Asiman Xəlili
Vətən Naminə Mətbuat Xidməti