VETENNAMİNE.AZ xəbər verir ki, Şəhid Nəsirov Elçin Ramiz oğlunun anım günü keçirilib.
Azərbaycan hərb tarixində soyadı ilə birgə, doğulduğu Əhmədalılar kəndini əbədiləşdirən, 1988-ci ildə Füzuli rayonunun Əhmədalılar kəndində anadan olmuş Nəsirov Elçin Ramiz oğlunun anım günü keçirilib.
Anım günündə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvləri, Əhmədalılar kənd icra numayyəndəsi S.Əlibəyov, B.Əliyev adına Əhmədalılar kənd tam orta məktəbin müəllim, şagird kollektivi və kənd camaatı iştirak edib.